Hyperdriver festivalında avtomobil həvəskarları üçün əsl sürpriz oldu: Dongfeng Azərbaycan tədbirdə öz geniş model xəttini təqdim etdi. Ziyarətçilər Huge, EP007 və Mage HEV modellərini yaxından görə, onların üstün texnologiyaları və dizaynını təcrübədən keçirə bildi.
Tədbir zamanı iştirakçılar həmçinin Dongfeng-in innovativ xüsusiyyətləri, ekoloji dost avtomobilləri və sürüş rahatlığı barədə məlumat aldı. Festivalın canlı və interaktiv mühiti Dongfeng markasının texnologiya və dizayn sahəsindəki irəliləyişlərini göstərmək üçün ideal platforma oldu.