Dongfeng brendinin elektrik versiyalı MAGE modeli mühüm texnoloji yeniliyə imza ataraq, Çin istehsalı olan Beidou (BDS) peyk naviqasiya sistemi ilə təchiz edilən ilk avtomobil kimi təqdim olunub.
BDS (Beidou) xüsusilə Asiya-Sakit okean regionunda yüksək dəqiqlik və geniş əhatə imkanları ilə seçilir. Sistem zəif siqnal olan və çətin əlçatan ərazilərdə belə stabil işləmə və etibarlı əlaqə təmin edərək sürücülərə maksimum rahatlıq və təhlükəsizlik təqdim edir.
2000-ci ildə istifadəyə verilən Beidou peyk naviqasiya sistemi hazırda 35 aktiv peykdən ibarətdir. Bu göstərici ABŞ-ın GPS sistemindəki 31 peykdən daha çoxdur və BDS-in qlobal miqyasda güclü və müasir naviqasiya infrastrukturu olduğunu bir daha təsdiqləyir.
Dongfeng MAGE-in elektrik versiyasında bu texnologiyanın tətbiqi brendin innovasiya, təhlükəsizlik və ağıllı nəqliyyat həllərinə verdiyi önəmi nümayiş etdirir.
