Çin Xalq Respublikasının güc strukturlarının avtoparkları üçün xüsusi olaraq hazırlanmış elektrikli eπ007 modelləri istifadəyə verilib. Yeni avtomobillər ilk olaraq Uhan şəhər polisinə təhvil verilib. Məhz bu şəhərdə eπ007 modellərinin istehsal zavodu yerləşir.
Bu addım ölkənin hüquq-mühafizə orqanlarında elektromobillərin tətbiqi istiqamətində atılan mühüm yeniliklərdən biri hesab olunur.