Zəmanət şərtləri

Arxayınlığınız —bizim öhdəliyimizdir

Hər Dongfeng avtomobili istehsalçı China Dongfeng Motor Industry Imp. & Exp. Co., Ltd. və rəsmi distribyutor Global Automobiles LLC tərəfindən bazarın ən etibarlı zəmanəti ilə təmin edilir.

Güc ötürücü sistemi
10 il
Limitsiz yürüş
Əsas zəmanət: 8 il / 200.000 km + uzadılmış
Əsas hissələr
7 il
300.000 km
Əsas zəmanət: 5 il / 150.000 km + uzadılmış
Necə işləyir

Sadə qaydalar, aydın öhdəlik.

Nə vaxt başlayır?

Avtomobilin ilk alıcıya satıldığı tarixdən etibarən qüvvəyə minir.

Necə hesablanır?

Zaman və ya yürüş — hansı daha tez başa çatarsa, o tətbiq edilir.

Kim icra edir?

Rəsmi distribyutor Global Automobiles LLC nasaz hissələrin təmirini və ya dəyişdirilməsini təmin edir.

Zəmanət müddətləri

Bir baxışda — 5 kateqoriya

Avtomobilin hər kateqoriyası üçün fərqli zəmanət müddəti tətbiq olunur. Aşağıdakı cədvəl həm əsas, həm də uzadılmış zəmanət dövrlərini əhatə edir.

* Uzadılmış zəmanət yalnız aşağıdakı 4 şərt yerinə yetirildikdə tətbiq olunur. Şərtləri gör →

Güc ötürücü sistemi

Yüksək gərginlik batareyası, elektrik mühərrik və idarəetmə bloku, daxili yanma mühərriki, sürətlər qutusu (xarici əlavə elemtlər və sensorlar istisna olmaqla)

Esas Zemanet
8 İl - 200.000 KM
Uzadılmış
10 İl - Limitsiz yürüş
Əsas hissələr
Avtomobilin bütün hissələri — güc ötürücü, xüsusi hissələr, tez aşınan hissələr və "Digər" kateqoriyası istisna olmaqla
Esas Zemanet
5 il - 150.000 km
Uzadılmış
7 il - 300.000 km
Xüsusi hissələr
Rulmanlar, amortizatorlar, kürəvi dayaqlar, qapı petlələri, daxili üzləmə, plastik və rezin hissələr, təkər göbəyi, yağ boruları, əyləc diskləri
Esas Zemanet
3 il - 100.000 km
Uzadılmış
3 il - 100.000 km
Tez aşınan hissələr
Yağ filtr, yanacaq filtri, qoruyucular və relelər, alışdırma şamları, 12V akkumulyator, kondisioner və hava filtri, açar batareyası, əyləc yastıqları
Esas Zemanet
6 ay - 10.000 km
Uzadılmış
6 ay - 10.000 km
Digər
Şüşəsilən rezinlər, lampalar
Esas Zemanet
1 ay - 1.000 km
Uzadılmış
1 ay - 1.000 km
Uzadılmış zəmanət

4 şərt —
2 il əlavə zəmanət.

Aşağıdakı 4 sadə şərtə əməl edərək əsas zəmanət müddətinin üzərinə avtomatik olaraq uzadılmış müddət əlavə olunur.

Necə hesablanır?
Əsas hissələr 5+2 = 7 il
Əsas hissələr (yürüş) 150K + 150K = 300K km
Güc ötürücü 8+2 = 10 il
Güc ötürücü (yürüş) Limitsiz

İlk sahib

Avtomobilin ilk satış tarixindən etibarən mülkiyyət hüququ dəyişdirilməməlidir. Yenidən satış zamanı uzadılmış zəmanət hüququ qüvvədən düşür.

Qeyri-kommersiya

Avtomobil taksi, çatdırılma və ya digər gəlir məqsədli kommersiya fəaliyyətində istifadə olunmamalıdır.

Müntəzəm xidmət

Avtomobil səlahiyyətli texniki xidmət şəbəkəsində planlı cədvələ uyğun müntəzəm xidmətdən keçməlidir.

Orijinal hissələr

Təmir zamanı yalnız orijinal və ya istehsalçı tərəfindən təsdiq edilmiş ehtiyat hissələrindən istifadə olunmalıdır.

Qeyd: Tez aşınan hissələr, xüsusi hissələr (3 il / 100.000 km) və "Digər" kateqoriyasına aid hissələr uzadılmış zəmanətə daxil edilmir — onlara yalnız əsas zəmanət tətbiq olunur.
Elektrikli avtomobillər

Yüksək gərginlikli batareyanı necə qorumalı?

Mage EV, eπ 007, eπ 008 modelləri üçün batareya zəmanəti xüsusi şərtlərlə təmin edilir. Aşağıdakı hallarda batareya nasazlığı zəmanətə daxil edilmir.

Yüksək gərginlikli batareya və 12V akkumulyatorla bağlı hər hansı nasazlığın aradan qaldırılması (şarj, dəyişdirmə və s.) yalnız istehsalçı tərəfindən təqdim edilən rəsmi diaqnostika avadanlığı ilə yoxlandıqdan sonra həyata keçirilir.
Yüksək temperatur və günəş

+49°C-dən yuxarı 24 saatdan çox saxlamaq

Yüksək istilikdə uzunmüddətli park batareyaya ziyan vurur.

Şaxtalı və qarlı hava

−25°C-dən aşağı 7 gündən çox saxlamaq

Aşırı soyuq batareya hüceyrələrinə zərər verir.

Boş batareya simvolu və ya göstəricisi

0% enerji ilə 14 gündən çox park etmək

Tam boş batareyanı uzun müddət saxlamaq dərin deşarja səbəb olur.

Elektrikli avtomobil şarjda

98-100% səviyyədə şarj saxlamaq

Tam şarjdan sonra 48 saat ərzində kabeli ayırın.

Su damcıları və nəmişlik

Batareyanı suya və ya mayelərə məruz qoymaq

Batareya qutusunun hermetikliyi pozulmamalıdır.

Peşəkar avto servis alətləri

İcazəsiz sökmə və ya qeyri-rəsmi təmir

Yalnız istehsalçının tanıdığı servis mərkəzində təmir edilməlidir.

Orijinal şarj cihazı başlığı

Uyğun olmayan şarj avadanlığı

Yalnız istehsalçının tövsiyə etdiyi şarj cihazlarından istifadə edin.

Avtomobil hissələrinə ziyan dəyməsi

Batareyaya qəsdən zərər vurmaq

İstismar müddətinin bilərəkdən azaldılması zəmanətə daxil deyil.

İstisnalar

Zəmanətə daxil olmayan hallar

Aşağıdakı hallarda yaranan nasazlıqlar zəmanət çərçivəsində təmir edilmir. Hər bölmənin üzərinə basaraq detallı siyahını görə bilərsiniz.

Yarış, yük aşımı, kommersiya, konstruksiya dəyişikliyi

Avtomobilin yarış, ralli və ya nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi.
İcazə verilən ümumi çəkini və ox yükünü aşmaq, müvafiq avadanlıq olmadan qoşqudan istifadə.
Avtomobilin maksimal gücünün, növünün dəyişdirilməsi və konstruksiya dəyişiklikləri.
Taksi, çatdırılma, təlim və oxşar kommersiya xidmətlərində istifadə edilməsi.
Yanlış istifadə

Gecikdirilmiş servis, uyğun olmayan material və qeyri-rəsmi təmir

İdarəetmə sisteminin göstərişinə baxmayaraq texniki xidmətin vaxtında verilməməsi və kitabça qaydalarının pozulması.
Uyğun olmayan, dövlət standartlarına cavab verməyən və ya tövsiyə olunmayan yanacaq, yağ və qatqılardan istifadə.
Rəsmi distribyutorun razılığı olmadan qeyri-peşəkar təmir və qeyri-orijinal ehtiyat hissələrindən istifadə.
Avtomobil sahibinə əvvəlcədən yazılı şəkildə bildirilmiş qüsurların vaxtında aradan qaldırılmaması.

Avtomobilin yarış, ralli və ya nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi.

Avtomobilin yarış, ralli və ya nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi.
İcazə verilən ümumi çəkini və ox yükünü aşmaq, müvafiq avadanlıq olmadan qoşqudan istifadə.
Avtomobilin maksimal gücünün, növünün dəyişdirilməsi və konstruksiya dəyişiklikləri.
Taksi, çatdırılma, təlim və oxşar kommersiya xidmətlərində istifadə edilməsi.

Təkərlər, kosmetik qüsurlar və işə təsir etməyən kənar səslər

Təkərlərin və təbii sürtünməyə məruz qalan hissələrin zamanla aşınması.
Avtomobilin işinə təsir etməyən zəif kənar səslər, cırıltı, titrəmə və interyer elementlərinin səsləri.
Xarici və daxili işlənmənin, lak-boya örtüyünün təbii köhnəlməsi və kosmetik qüsurlar.
Xüsusi avadanlıq olmadan demontaj zamanı interyerdə (dəri sükan, taxta elementlər) yaranan zədələr.

Dolayı zərər, nasazlıqdan sonra istifadə

Hər hansı dolayı zərər: avtomobildən istifadənin mümkünsüzlüyü, rahatsızlıq, maliyyə itkiləri, nəqliyyat və kommunikasiya xərcləri
İldırım, yanğın, daşqın, zəlzələ kimi təbii fəlakətlər və ekoloji amillər.
Nasazlıq aşkar olunduqdan sonra istismarın davam etdirilməsi nəticəsində artan zədələr.
Hər hansı dolayı zərər: rahatsızlıq, maliyyə itkiləri, avtomobildən istifadə edə bilməməyə görə yaranan xərclər.
Planlı texniki xidmət

Servis cədvəli —
zəmanətin əsas şərti

İstismar zamanı avtomobilin bütün hissələri qaçılmaz olaraq aşınmaya məruz qalır. Aşınma həddini keçmiş komponentlərin davamlı istifadəsi nasazlıqlara və yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.

Servis randevusu al

Planlı texniki xidmət cədvəlinə əməl etmək zəmanətin mütləq şərtidir. Hər hansı xidmətdən imtina və ya vaxtında keçməmək zəmanətin ləğv edilməsi deməkdir.

Bu halda bütün xərcləri avtomobil sahibi qarşılayır.

Orijinal hissələrin qorunması

Yeni orijinal hissələr
1 il / 20.000 km

Rəsmi distribyutor tərəfindən quraşdırılmış və ya satılmış bütün yeni orijinal ehtiyat hissələrinə quraşdırıldığı və ya satıldığı gündən hesablanır.

Tez aşınan və "Digər" kateqoriyası istisnadır
Zəmanət çərçivəsində dəyişdirilmiş
Kateqoriya müddəti

Avtomobilin zəmanəti çərçivəsində dəyişdirilmiş orijinal ehtiyat hissəsi üçün zəmanət müddəti həmin hissənin aid olduğu kateqoriya üzrə müəyyən edilmiş ilkin zəmanət müddəti çərçivəsində qüvvədə qalır və quraşdırıdığı tarixdən etibarən yeni zəmanət müddəti hesablanır.

Tez aşınan və "Digər" kateqoriyası istisnadır
Sizin öhdəlikləriniz

Avtomobil sahibinin 5 öhdəliyi

Bu qaydalara əməl etməklə zəmanətinizi qüvvədə saxlayırsınız.

Müqaviləyə əməl edin

Bu müqavilə və avtomobilin istismar/texniki qulluq təlimatlarına riayət edin.

Yoxlanışı rəsmi servisdə aparın

Zəmanət çərçivəsində yoxlama, diaqnostika və təmir üçün avtomobili səlahiyyətli xidmət mərkəzinə təqdim edin.

Qəbul zamanı yoxlayın

Yeni avtomobil alarkən rəngləmədə, xarici və daxili işlənmədə qüsurların olmadığını yoxlayın.

Cədvələ uyğun xidmət aparın

Planlı texniki xidmət cədvəlinə uyğun olaraq avtomobilə müntəzəm qulluq göstərin.

Avtomobili lazımi vəziyyətdə saxlayın

Avtomobili mütəmadi olaraq yuyun və normal texniki vəziyyətdə saxlayın.

Tez-tez verilən suallar

Sizin üçün aydınlıq

Avtomobilimi sataram — uzadılmış zəmanət yeni sahibə keçirmi? +
Xeyr. Uzadılmış zəmanətin əsas şərti ilk sahibin dəyişməməsidir. Mülkiyyət hüququ dəyişdikdə uzadılmış zəmanət avtomatik qüvvədən düşür, lakin əsas zəmanət müddəti qüvvədə qalır.
Qeyri-rəsmi servisdə yağ dəyişdirsəm nə olur? +
Qeyri-rəsmi servisdə aparılan müdaxilə zəmanətin ləğv olunmasına səbəb ola bilər. Planlı texniki xidmət yalnız rəsmi distribyutor tərəfindən müəyyən edilmiş servis mərkəzlərində həyata keçirilməlidir.
Taksi olaraq işlətsəm zəmanətim itərmi? +
Bəli, uzadılmış zəmanət itər. Avtomobil taksi, çatdırılma, təlim və ya hər hansı digər gəlir məqsədli fəaliyyətdə istifadə olunarsa, uzadılmış zəmanət tətbiq edilmir və bir sıra nasazlıqlar əsas zəmanətə də daxil edilmir.
Geri çağırma (recall) kampaniyası nədir? +
Rəsmi distribyutor təhlükəsizliyin təmin edilməsi üçün geri çağırma kampaniyası keçirmək, satışda olan və ya artıq satılmış avtomobillərin konstruksiyasına dəyişiklik etmək hüququnu özündə saxlayır. Sizə belə bir kampaniya elan olunarsa əlaqə saxlanılacaq.
Tyuninq etdirsəm nə olur? +
Avtomobilə əlavə cihazlar və tyuninq, habelə yanacağın keyfiyyəti ilə bağlı yaranan nasazlıqlara görə Global Automobiles LLC heç bir məsuliyyət daşımır. Rəsmi distribyutorun razılığı olmadan avtomobilin avadanlığına və konstruksiyasına hər hansı dəyişiklik etmək zəmanətin qismən və ya tam ləğvinə səbəb ola bilər.
Xüsusi təyinatlı avtomobillər zəmanətlənirmi? +
Xeyr, xüsusi təyinatlı avtomobillər zəmanət xidmətinə aid edilmir.
Zəmanət sənədinin tam variantını haradan əldə edə bilərəm? +
Tam zəmanət sənədini aşağıdakı linkdən PDF formatında yükləyə bilərsiniz, həmçinin avtomobili təhvil alarkən çap nüsxəsi sizə təqdim edilir.

Suallarınız var?

Zəmanət və ya servis xidməti ilə bağlı hər hansı sualınızı mütəxəssislərimizə ünvanlayın.