Xəbərlər

Dongfeng E-Truck iF Design Award-a layiq görüldü



Dongfeng-in gələcəyin elektrik pikapı kimi təqdim etdiyi E-Truck modeli, dizayn sahəsində dünyanın ən nüfuzlu mükafatlarından biri sayılan Almaniyanın iF Design Award mükafatını qazanıb. Bu nailiyyət E-Truck-ın yalnız texnoloji baxımdan deyil, həm də estetik və funksional dizayn baxımından beynəlxalq səviyyədə tanındığını göstərir. iF Design Award mükafatı, innovasiya, funksionallıq və vizual fərqlilik kimi meyarlarla seçilən məhsullara təqdim olunur.