Çində "Yipai" adı ilə tanınan Dongfeng-in yeni elektrikli avtomobil seriyası eπ, avtomobil sənayesində böyük təcrübəyə malik olan alman mühəndis Henning Knopflenin rəhbərliyi ilə yaradılıb. Knopfle əvvəllər Volvo və Mercedes kimi dünya nəhənglərində çalışıb və bu sahədə beynəlxalq miqyasda yüksək peşəkarlıqla tanınır.
Yeni nəsil texnologiyalara əsaslanan eπ seriyası, Dongfeng-in elektromobil bazarındakı ambisiyalarını bir daha nümayiş etdirir. Şirkət bu layihə ilə həm texnoloji yeniliklərə, həm də yüksək keyfiyyətli dizayna önəm verdiyini göstərir.